İsrail İrana hücum planlayır?
Bir sıra Avropa rəsmiləri son aylar Yaxın Şərqdə baş verən hadisələr fonunda İsrailin İrana hücum etmək qərarı verdiyinə inanırlar.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı adı açıqlanmayan avropalı diplomata istinadən xəbər verib.
Bildirilir ki, avropalı diplomatlar Donald Trampın Ağ Evə qayıtması ərəfəsində İranın nüvə obyektlərinə hərbi hücum riskini minimuma endirmək yolunu araşdırırlar.