İsrail qırıcıları Türkiyə hava məkanını pozdu - F-16-lar havaya qaldırıldı
İyunun 13-də, İrana qarşı edilən hücumların ilk gecəsində İsrail qırıcıları Türkiyənin hava məkanını pozub.
meqale.com xəbər verir ki, bu barədə məlumatı "Hürriyet" qəzetinin əməkdaşı Hande Fırat yayıb.
O bildirib ki, Türkiyə Hərbi Hava Qüvvələri İsrail təyyarələrinin hava məkanını pozduğunu dərhal aşkar edərək, bir neçə F-16 qırıcısını havaya qaldırıb.
Türkiyə tərəfi İsrail pilotlarına hava məkanını dərhal tərk etmələri barədə xəbərdarlıq edib və İsrail qırıcıları qısa müddət ərzində Türkiyə ərazisini tərk ediblər.