İsrail səfirliyi Azərbaycana başsağlığı verdi

Respublika Perinatal Mərkəzində 4 dəyərli körpənin həyatına son qoyan dəhşətli yanğın xəbəri bizi çox kədərləndirdi.

İsrail səfirliyi Azərbaycana başsağlığı verdi
Respublika Perinatal Mərkəzində 4 dəyərli körpənin həyatına son qoyan dəhşətli yanğın xəbəri bizi çox kədərləndirdi.

meqale.com xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı Səfirliyinin "X" sosial media hesabında qeyd edilib.

"Bu ağır gündə düşüncələrimiz Azərbaycan xalqının yanındadır və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin", - deyə bildirilib.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verib. Nəticədə, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.