İsrailin milli təhlükəsizlik nazirinin maşını aşdı - VİDEO
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin xidməti avtomobili aşıb.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Qəza nəticəsində yaralanan Ben-Qvirin yaxınlıqdakı xəstəxanaya aparıldığı və vəziyyətinin ağır olmadığı bildirilib.
Sosial mediada yayılan görüntülərdə Ben-Qvirin avtomobilinin başqa bir nəqliyyat vasitəsi ilə toqquşduqdan sonra tərs çevrildiyi görünür.