İsrailin şimalı atəşə tutuldu
İsrail hərbçiləri ölkənin şimal rayonlarının növbəti dəfə atəşə tutulmasını qeydə alıblar.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Livan ərazisindən bir neçə mərmi atılıb, onların bir hissəsi ələ keçirilib, qalanları açıq ərazilərə düşüb.
Xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.