İstanbulda məktəblər bağlandı
İstanbulda hava şəraiti ilə əlaqədar məktəblər bir günlük bağlanıb.
meqale.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Bildirilib ki, şəhərin Başakşehir, Esenyurt, Beykoz, Avcılar , Arnavutköy , Sultanqazi, Beylikdüzü Küçükçekmece ve Büyükçekmece rayonlarında məktəblər sabah bağlı olacaq.