İstanbulun qarı Bakıya da yağacaq?
Türkiyənin İstanbul şəhərində fevralın 6-sı günortadan etibarən fevralın 7-si səhərə qədər güclü külək, bəzi yerlərdə fırtına olacaq və sulu qar və qar yağacaq.
meqale.com-ın məlumatına görə, bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb.
Proqnozlara əsasən, bəzi yerlərsə sulu qar, bəzi yerlərdə isə orta və şiddətli qar yağacaq.
Hava şəraiti nəqliyyatda gecikmələrə, yüksək ərazilərdə yolların buz bağlamasına görmə məsafəsinin azalmasına səbəb ola bilər. Güclü külək və qısa müddətli fırtına səbəbilə dam örtüklərinin uçması, ağac və dirəklərin aşması kimi risklərə qarşı ehtiyatlı olmaq tövsiyə olunur. Türk Hava Yolları (THY) güclü qar səbəbindən bu gün və sabah İstanbul Hava Limanına planlaşdırılan bəzi uçuşları ləğv edib.
Qeyd edək ki, İstanbulda müşahidə olunan güclü qar və fırtınanın Bakı hava şəraitinə birbaşa təsir edib-etməyəcəyi hava siklonlarının hərəkət istiqamətindən və atmosfer axınlarından asılı olacaq. Əgər İstanbulda baş verən hava şəraiti şərqə doğru irəliləyib Qara dəniz üzərindən Azərbaycana yönələrsə, Bakıda da güclü qar müşahidə oluna bilər.
İstanbulun qış havası Bakıya necə təsir edə bilər?