İt 4000 dolları yedi - Sahibləri itin ifrazatından cırılmış əskinasları topladı - FOTOlar
"Biz Sesilə qəzəblənə bilməzdik, o, çox mehriban köpəkdir..." "Kerri əskinas parçalarından bu iyrənc tarixçə barədə "ən qiymətli incəsənət əsəri" yaratmağı düşünür..." Köpək 4 min dolları "həzm-rabedən" keçirib, sahibləri özlərini itirmədən hərəkətə keçib... ABŞ-ın Pensilvaniya ştatından olan cütlük sevimli köpəklərinin 4 min dollar nağd pullarını udandan sonra şok keçirib. meqale.com moderator.az-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb. "Bu, Sesildir. O, həyatı boyunca pis heç nə etməyib", - bunu Kerri Lou "İnstagram" səhifəsindəki çarxda yazıb, 500 min rəy və layk toplayıb. 50 və 100 dollarlıq əskinaslarla dolu zərf cəmi 30 dəqiqə Lounun mətbəx masasının üstündə olub. Bu zaman əri Kleyton əskinasların kiçik parçalarının döşəmədə səpələndiyinib aşkar edib. "O, qışqırıb: "Sesil 4 min dolları yeyib!", - Kerri xatırlayıb.
"Mən sanki yaxşı eşitmədiyimi zənn edərək qaçıb gəldim, qarmaqarışıqlığı görəndən sonra şübhə yeri qalmadı. Mən düşündüm ki, məndə ürək tutması baş verəcək. Sesil həqiqətən bunu edib". Cütlük heyrət içində olub. 7 yaşlı qoldendudl (it cinsi-red.) bütövlükdə yaxşı əhilləşdirilmiş it olub, heç vaxt masanın üstündən nəyəsə, o cümlədən yeməyə toxunmayıb. "O, əvvəllər pis nəsə etməyib, ona görə də biz hirsimizdən çox şok keçirdik", - Kleyton deyib.
"Biz buna inana bilmirdik. Biz bir-birimizə baxaraq düşündük: "Biz nə edək?" Sesil 4 min dolları yeyəndən sonra yuxuda olarkən cütlük veterinara zəng edib, o da, xoşbəxtlikdən, deyib ki, böyük ehtimalla, it hər hansı səy göstərilmədən pulları "geri qaytaracaq". Bu zaman cütlük bacardıqları qədər pulları xilas etmək qərarına gəlib. Bankda izah edilib ki, onlar hər iki üzündə tam seriya nömrələri görünən və bir-birinə yapışmış əskinasları geri götürəcək. Həkketmə və çap bürosu həmçinin ən azı 50 faiz əskinasların identifikasiya edilməsini tələb edib. Xoşbəxtlikdən, Kerri və Kleyton Sesilin döşəmədə səpələdiyi cırılmış əskinaslardan təxminən 1500 dollar toplayıb. "Sesil daxilində 2500 dollarla divanda oturanda biz bu pulların geri qaytarılmasının yalnız bir üsulu olduğunu bilirdik", - Kerri deyib. Həmin gecə Sesil 250 dolları qusub. Kleyton cəld tərpənərək maska və əlcək geyinib, plastik paketləri əllərində tutaraq növbəti iki gün ərzində Sesili həyətdə onu ehtiyaclarını ödəyən zaman müşahidə edib.
Daha sonra o və Kerri itin ifrazatından cırılmış əskinasları toplayıb və sabunla yuyub. "Mən heç vaxt pulları yuyacağımı düşünməzdim, amma, hər şeydən göründüyü kimi, hər şey ilk dəfə olur", - Kerri deyib. İki gündən sonra onlar daha 1800 dollar "əldə edərək" ümumi məbləği 3550 dollara çatdırıb.
Yerdə qalan məbləğə gəldikdə, Kerri deyir ki, hissəciklərdən istifadə edərək, bu iyrənc tarixçə barədə "ən qiymətli incəsənət əsəri" yaratmağı düşünür. "Biz ona qəzəblənə bilməzdik, o, çox mehriban köpəkdir", - o, deyib. "İnsanlar bizə deyir ki, bizim itin daxilində sanki insan ilişib qalıb".