İtaliyada ən yaxşı futbolçu oldu
"Napoli"nin yarımmüdafiəçisi Skott Maktominey İtaliya A Seriyasının 2024/2025 mövsümünün ən yaxşı futbolçusudur.
meqale.com xəbər verir ki, çempionatın mətbuat xidməti bu barədə sosial şəbəkədə paylaşım edib.
Qeyd edək ki, 28 yaşlı oyunçu İtaliya çempionu olan "Napoli"nin heyətində meydana çıxdığı 34 oyunda 12 qol vurub və 6 dəfə məhsuldar ötürmə edib.