İtkin düşən 14 yaşlı qız Bakıda tapıldı - Yenilənib
11:15 Polis itkin düşən 14 yaşlı gənci tapıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan meqale.com-a verilən məlumata görə, dünən səhər saatlarında itkin düşən Şirvan şəhər sakini, 2010-cu il təvəllüdlü N.Ziyadi bu gün saat 04 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində tapılıb.
N.Ziyadi ailəsinə təhvil verilib.
-------------- 2024.07.20 Şirvanda 14 yaşlı qız həyatdan bezməsinə dair məktub yazıb evdən gedib.
meqale.com APA-ya istinadən xəbər verir ki, Şirvan sakini 2010-cu il təvəllüdlü Nərgiz Ziyadi evdən çıxıb və geri qayıtmayıb.
Yaxınları onun məktub yazdığını deyirlər. Evdən çıxarkən əynində cins şalvar və ağ köynək olub, boyu 1,5 metrdir.
Bu barədə polisə də məlumat verilib. Onu görənlərdən 102 xidmətinə, Şirvan Polis Şöbəsinin 02121 5 14 50, 055 759 09 59 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.