İtkin düşən balıqçılarla bağlı son vəziyyət - Yenilənib - FOTO

"İtkin düşdükləri ehtimal edilən Lənkəran rayonunun Siyavar kənd sakinlərinin axtarışları davam edir".

İtkin düşən balıqçılarla bağlı son vəziyyət -  Yenilənib - FOTO
"İtkin düşdükləri ehtimal edilən Lənkəran rayonunun Siyavar kənd sakinlərinin axtarışları davam edir".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

"13 yanvar 2025-ci il tarixində Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində iki balıqçının itkin düşməsi barədə FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında vətəndaşların axtarış-xilasetmə əməliyyatı qurumun qüvvələri tərəfindən davam etdirilir".

--------------

2025.01.14

Xəbər verdiyimiz kimi, Lənkəranın Siyavar kəndi yaxınlığında 2 balıqçı itkin düşüb.

meqale.com bildirir ki, onların Xəzər dənizində balıq tutarkən itkin düşdüyü ehtimal edilir.

İtkin düşən şəxslərin yaxınları bildirib ki, sonuncu dəfə onların mobil nömrələrinə ötən gün səhər saatlarında zəng çatsa da, cavabsız qalıb.

Balıqçıların axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub. 

Axtarışlar davam etdirilir.

---------

13:15

Lənkəran şəhəri şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində 2 nəfər balıqçının 13 yanvar 2025-ci il tarixində itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında axtarışlar davam etdirilir.

Bu barədə meqale.com-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşlar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.