Jan-Mişel Bryun Fransanın Natəvanın abidəsini sökmək qərarını QINADI - FOTO

Tanınmış fransız jurnalist, Parisin La Gazette du Caucase onlayn qəzetinin baş redaktoru Jan-Mişel Bryun Fransanın Evian-le Ben şəhərində azərbaycanlı şairə Xurşidbanu Natəvanın abidəsinin sökülməsi barədə qərarı tənqid edib.

meqale.com Trend-ə istinadən bildirir ki, Bryun bu barədə "X" sosial hesabında yazıb.

"Bu necə fəlakətdir! Biz necə bu nöqtəyə gəlib çıxdıq? Volter və Zolya, xüsusən Natəvana o cür valeh olan Aleksandr Düma, yəqin, məzarlarında tərs dönürlər", - o yazıb.

Qeyd edək ki, hələ 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le-Ben şəhərinin meriyası azərbaycanlı şairə Natəvanın abidəsini sökməyə hazırlaşır. Heykəl artıq parça ilə örtülüb.

Bundan əvvəl abidənin stendlərinin yerləşdiyi "Azərbaycan parkı" adını bildirən bütün lövhələr sökülüb.