Juninyo Braziliyadakı çətinliklərdən danışdı: Mənə ziyan dəydi

Qış transfer pəncərəsində "Qarabağ"dan "Flamenqo"ya transfer edilən Juninyo açıqlama verib.

Juninyo Braziliyadakı çətinliklərdən danışdı: Mənə ziyan dəydi
Qış transfer pəncərəsində "Qarabağ"dan "Flamenqo"ya transfer edilən Juninyo açıqlama verib.

meqale.com xəbər verir ki, 28 yaşlı futbolçu keçid reallaşdıqdan sonra üzləşdiyi çətinliklərdən danışıb. O, adaptasiya prosesində problem yaşadığını bildirib:

"Mən burada bir az əziyyət çəkdim. Çünki çox soyuq bir yerdən gəldim. İndi Rio de Janeyronun bu istisinə dözməli oluram. Bu isə hər şeyi dəyişir. Yemək, iqlim, saat fərqləri... Və nəticədə mənə ziyan dəydi. Mövsümöncəsi hazırlıqda 10 gün təkbaşına məşq etməli oldum. Heç də asan deyildi. Amma indi zədədən sonra çalışmaq və heyətdə yer almaq lazımdır".