Juninyo "Flamenqo"da qalacaq?

"Qarabağ"ın sabiq futbolçusu Juninyo Olavionun "Flamenqo"dakı taleyinə aydınlıq gəlib.

Juninyo
"Qarabağ"ın sabiq futbolçusu Juninyo Olavionun "Flamenqo"dakı taleyinə aydınlıq gəlib.

meqale.com  xəbər verir ki, 28 yaşlı hücumçu hazırkı komandasında çıxışını davam etdirəcək.

"Qarabağ"ın da maraq dairəsində olan Juninyo üçün Səudiyyə Ərəbistanının iki klubu "Flamenqo"nun qapısını döysə də, braziliyalılar hər iki təklifi rədd ediblər. Məşqçilər korpusu indiyə qədər cəmi 7 matçda start heyətində meydana çıxan forvarda mövsümün ikinci yarısında daha çox şans verməyi planlaşdırır. Hətta rəhbərlik Juninyonun formaya düşəcəyi təqdirdə Braziliya millisinə dəvət alacağına da inanır.