Kafu villasını satır – borca görə
Braziliya yığması və "Milan"ın müdafiəçisi Kafi San-Paulu ştatındakı villasını satacaq.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, buna səbəb veteran futbolçunun borclu olmasıdır.
Yayılan məlumatlara görə, Kafu villasını 7,4 milyon avroya satmağı planlaşdırır. Əgər satıcı tapılmasa, daşınmaz əmlakın dəyəri 2 dəfə ucuzlaşa bilər. 4 mərtəbəli villanın sahəsi 2,5 min kvadrat metrdir. Orada 4 lüks nömrə, futbol meydanı, kinozal, mükafatlar otağı və sauna var.