Kasilyas Messi ilə bağlı seçimə etiraz etdi
İspaniya millisinin sabiq üzvü İker Kasilyas Lionel Messinin FİFA tərəfindən təqdim edilən "The Best" mükafatına layiq görülməsinin doğru seçim olmadığını düşünür.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, veteran qapıçı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək FİFA-nı tənqid edib. "Yaxşı mükafatlar yaradırsınız, amma ədalətli olmamaqla onu əlimizdən alırsınız. Bu daha çox zarafat kimi görünür. Gecəniz xeyrə qalsın" - deyə o bildirib.
Xatırladaq ki, "The Best" mükfatına Messidən başqa, Erlinq Haaland və Kilian Mbappe də namizəd idi.