Keçmiş model zibilliklərlə dolanır
"Baywatch" ulduzunun keçmiş həyat yoldaşı, model Loni Uillison zibil qutusunu gəzərkən lentə alınıb.
meqale.com lente istinadən bildirir ki, "Baywatch" ulduzu Ceremi Ceksonun 40 yaşlı keçmiş həyat yoldaşı Los-Ancelesdə küçələrdə görüntülənib. O, zibil yığınlarını eşələyərək portağal yığıb. Model Loni Uillison köynək, çirkli cins şalvar, uzun xaki jilet, qara corab və flip flop geyinib.
Hələ 2016-cı ildə model narkotik və alkoqol istifadəsi səbəbindən əsəb böhranı keçirib. O, reabilitasiya mərkəzinə getmək istəsə də, cəhdi uğursuz alınıb. Loni Uillison bütün var-dövlətini itirib və küçələrdə yaşamalı olub. Ulduzun hazırkı mövqeyi haqqında heç nə məlum deyil.