Kəlbəcərdə yük maşını AŞDI - ölən var - FOTO

Kəlbəcər rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kəlbəcərdə yük maşını AŞDI - ölən var - FOTO
Kəlbəcər rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com xəbər verir ki, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev rayon ərazisində sürdüyü "HOVO" markalı yük avtomobilinin idarəetməsini itirib. Nəticədə maşın çaya aşıb.

Qəza zamanı sürücü O.Mustafayev hadisə yerində ölüb. O,  Kəlbəcər rayonunda fəaliyyət göstərən şirkətlərin birində çalışırmış.

Faktla bağlı araşdırma aparılır.