Kəmaləddin Heydərovun müavini işdən çıxarıldı
Fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Əhəd oğlu Lətifov vəzifəsindən azad edilib.
meqale.com-ın Qaynarinfo-ya istinadən məlumatına görə, generalın adı artıq nazirliyin rəsmi saytından silinib.
FHN-də maliyyə məsələlərinə nəzarət edən Ragim Lətifovun rəhbərlik etdiyi dövrlə bağlı yoxlamalar aparılıb. Sabiq nazir müavininin işdən çıxarılmasının bu yoxlamalarla bağlı olduğu deyilir.