Kibariyənin ayağı sosial mediada gündəm oldu
Türkiyəli müğənni Kibariyə verilişlərdən birində ayaqqabısını çıxararaq ayağının altındakı yaranı nümayiş etdirib.
meqale.com xəbər verir ki, o, uşaq vaxtı oyun zamanı ayağına dərindən bir şüşə parçasının girdiyini deyib: "O vaxtlar pulsuz günlərimiz idi. Ayağımın içindən şüşə çıxardılar, hətta əməliyyat olundum. Amma ayağım elə o vaxtdan belə qaldı."
Kibariyə bu sözləri dedikdən sonra heç kimin gözləmədiyi bir addım atıb. O, uşaqlıq travmasının izini göstərmək üçün canlı yayımda ayaqqabısını çıxararaq ayağını kameraya nümayiş etdirib. "O qədər dostlarım üçün darıxıram ki, bu ayağımı belə unutmuşam" deyən sənətçinin bu hərəkəti sosial mediada rekord sayda baxış toplayıb.