BDU-nun tələbələri bu universitetlərə köçürülür – Səbəb
Bakı Dövlət Universitetinin (BDU) təmirə bağlanacaq 1 saylı tədris korpusunun tələbələrinin müvəqqəti olaraq hansı universitetlərə köçürüləcəkləri məlum olub.
meqale.com bildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, tələbələr təhsillərini müəyyən müddət ərzində Odlar Yurdu və ləğv edilmiş Asiya Universitetlərində davam etdirəcəklər. Təhsilalanlar artıq bu barədə məlumatlandırılıb.
Yeni semestrdən daha çox tələbəsi olan Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələri Odlar Yurdu Universitetinə, Hüquqşünaslıq və Filologiya fakültələri isə Asiya Universitetinə yerləşdiriləcək.