Kim Ukraynada sülh istəyirsə, sui-qəsdə məruz qalır
Slovakiyanın Baş naziri Fitso və ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına sui-qəsdlərdən sonra Serbiya Prezidenti Vuçiç də Ukrayna ilə bağlı mövqeyinə görə təhlükə altındadır.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Serbiya Baş nazirinin müavini Aleksandr Vulin deyib.
"Cənab Fitsoya, daha sonra Trampa sui-qəsd olanda Prezident Vuçiçə hazırlıqlı olmağını dedim. Çünki Ukraynada sülh yolu ilə həllin tərəfdarı olan hər kəsin başına nəsə gəlir, kimsə onlara atəş açır", - o bildirib.