Kiyevdə silsilə partlayışlar - yaralananlar var
Bu gün, dekabrın 11-də səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə silsilə partlayışlar baş verib.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib.
Onun sözlərinə görə, partlayışlardan sonra şəhərdə hava hücumu xəbərdarlığı işə salınıb.
Şəhərin Darnistski rayonundakı dağıntılar nəticəsində 1-i uşaq olmaqla 4 nəfər yaralanıb.