Kiyevin Kursk uğuru: yaxın iki ayda... - Politoloq
Həm Rusiya, həm də Ukrayna ABŞ-da keçiriləcək seçkilərin nəticələrinə uyğun olaraq baş tutacaq sülh danışıqları üçün əllərini gücləndirməyə çalışır. Bu güclənmə isə həm diplomatik, həm də hərbi səviyyədə özünü göstərir.
meqale.com xəbər verir ki, bu sözləri Axar.az-a politoloq Fərhad Məmmədov Ukraynanın Rusiyanın Kursk vilayətinə hücumu haqda danışarkən deyib.
O bildirib ki, diplomatik səviyyədə Rusiya da, Ukrayna da öz sülh planlarını təklif edir, dünyada tərəfdaş toplayırlar:
"Eyni zamanda eskalasiyalar ciddi şəkildə inkişaf edir. Çünki hamı anlayır ki, payız aylarından başlayaraq, fəal hərbi əməliyyatların keçirilməsi çətinləşəcək. Bu baxımdan danışıqlar üçün mövqelər gücləndirilməlidirlər.