Kliçko yenidən boksa QAYIDIR?

Ukraynalı məşhur boksçu Vladimir Kliçko karyerasını bərpa edə bilər.

Kliçko yenidən boksa QAYIDIR?
Ukraynalı məşhur boksçu Vladimir Kliçko karyerasını bərpa edə bilər.

meqale.com xəbər verir ki, bu barədə onun meneceri Tom Loffler "EsNews" kanalına açıqlamasında bildirib.

Menecer boksçunun 8 illik fasilədən sonra karyerasını bərpa etməyə hazır olduğunu söyləyib. T.Loffler martda 49 yaşını tamamlayacaq Kliçkonun Corc Formanın rekordunu qırmaq istədiyini və titul uğrunda döyüşmək üçün əla formada olduğunu deyib. Ancaq o, V.Kliçkonun həmyerlisi Aleksandr Usiklə deyil, Tayson Fyuri ilə döyüşmək istədiyini vurğulayıb.

Qeyd edək ki, T.Fyuri bir neçə gün əvvəl karyerasını bitridiyini açıqlayıb.