Kloze: "Mahirə bəzi məsələləri iki-üç dəfə izah etməli oluruq"
"Nürnberq"in baş məşqçisi Miroslav Kloze Almaniya mətbuatına açıqlamasında komandanın hücumçusu Mahir Emreli ilə anlaşmağın çətin olmasından danışıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Kloze azərbaycanlı futbolçunun çatışmazlıqlarından bəhs edib:
"Mahir Emreli ilə ünsiyyət asan deyil. Ona etmədiyi bəzi məsələləri iki-üç dəfə izah etməli oluruq.
Buna görə də, o, tez-tez künc zərbələri zamanı və ya topu buraxmaq üçün harada durmaq barədə məsləhətlər alır. Mahirlə bu məsələlərlə bağlı danışırıq. Onun Stefanos Tzimasla münasibəti yaxşılaşıb, amma hələ ki, bundan razı deyiləm".