Kluyvert bu millinin baş məşqçisi olacaq
İspaniyanın "Barselona" klubunun və Niderland millisinin keçmiş futbolçusu Patrik Kluyvert İndoneziya yığmasının baş məşqçisi olacaq.
meqale.com xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
48 yaşlı mütəxəssis "2+2 illik" müqavilə imzalayacaq və onun təqdimatı yanvarın 12-də baş tutacaq.