Kobaxidze Tbilisidə baş verənlərə görə onu günahlandırdı
"Avropa İttifaqının Gürcüstandakı səfiri Tbilisidə baş verənlərə görə xüsusi məsuliyyət daşıyır".
meqale.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı tərəfindən Gürcüstanda hakimiyyətin devrilməsinə cəhdlərə dəstək bəyanatları eşidilib.
"Bu fonda diplomat çıxıb şəhərin küçələrində baş verənləri qəti şəkildə pisləməlidir. Bu, onun birbaşa məsuliyyətidir", - İ.Kobaxidze əlavə edib.