Kolonna vəzifədən getdi: Fransanın yeni XİN başçısı...
Fransanın İntibah Partiyasının lideri Stefan Sejurne Fransa Xarici İşlər Nazirliyinin yeni rəhbəri olub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
"Stefan Sejurne xarici işlər naziri vəzifəsində Ketrin Kolonnanı əvəz edib", - bildirilib.
Qeyd edək ki, 38 yaşlı siyasətçi 2022-ci ilin sentyabrından Prezident Emmanuel Makronun İntibah Partiyasının lideridir.
O, həmçinin çərşənbə axşamı baş nazir təyin edilən 34 yaşlı Qabriel Attalın ortağıdır.