Komandamız Avropa Kubokunda bürünc medal qazandı - FOTO

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının böyüklər yaş kateqoriyasında gimnastları Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda qrup hərəkətləri təsnifatında çarpaz qarşılaşmalarda bürünc medal qazanıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, çarpaz qarşılaşmalarda Azərbaycan komandası Estoniya komandasına qalib gəlib, Ukrayna - Bolqarıstan komandalarının qarşılaşmasında qalib Bolqarıstan, İtaliya - Gürcüstan komandasının qarşılaşmasında isə qalib İtaliya olub.

Ardınca Azərbaycan, Bolqarıstan , İtaliya komandaları arasında keçirilən final görüşündə Bolqarıstan qızıl, İtaliya gümüş, Azərbaycan isə bürünc medal qazanıb.

Məlumat üçün bildirək ki, bu gün keçirilən yarışlarda gənclər yaş kateqoriyasında gimnastlar fərdi proqram təsnifatı çərçivəsində komanda hesabında halqa, top, gürzlər və lentlə çıxış ediblər.

Komanda hesabında Bolqarıstan komandası qızıl, İtaliya komandası gümüş, İsrail komandası isə bürünc medal qazanıb. Daha sonra gənclər arasında qrup hərəkətləri komandası 5 halqa, 5 cüt gürzlə çıxış edib.

Gənclər arasında qrup hərəkətləri komandası 5 halqa və 5 cüt gürzlə çıxış edən Bolqarıstan komandası qızıl, Ukrayna komandası gümüş, İsrail komandası isə bürünc medal qazanıb.