Konsertdə solistin şou hərəkəti gənc qızı iflic etdi - VİDEO
ABŞ-da keçirilən konsertdə solistin pərəstişkarlarının üstünə atılması nəticəsində gənc qız yaralanıb.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Trophy Eyes" qrupunun solisti konsert zamanı pərəstişkarlarının üzərinə atılıb.
Kütlənin içində olan gənc qız huşunu itirərək xəstəxanaya çatdırılıb.
Gənc qızın qismən iflic olduğu müəyyən edilib.
"Trophy Eyes" qrupu qəza nəticəsində yaralanan pərəstişkarlarının yanında olacaqlarını və müalicə müddətində onlara dəstək olacaqlarını bildiriblər.
Fidan meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun