Köpək balığı 20 yaşlı gəncə hücum edərək ayağını qopardı - VİDEO
Dənizdə olan avstraliyalı Matteo Mariotti faciə ilə üzləşib.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avstraliyada yaşayan 20 yaşlı Matteo Mariotti nənəsinin ölüm xəbərini aldıqdan sonra dənizə girib.
Dənizdə çimərkən nəhəng köpək balığının hücumuna məruz qalıb. O, balığı videoya çəkməyə çalışarkən köpəkbalığı ayağını qoparıb.
Mariotti bu hadisəni videoya çəkərək ayağı ilə vidalaşdığını bildirib.
Avstraliyalı gəncin başına gələn həmin hadisənin anbaan görüntülərini təqdim edirik: