“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı
Metronun "Koroğlu" stansiyasının yaxınlığında yol polisinə tabesizlik göstərərək qaçmağa çalışan motosiklet sürücüsü, paytaxt ərazisində narkokuryerlik edən 2002-ci il təvəllüdlü Əliyev Tofiq Taleh oğlu barəsində Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Bu barədə meqale.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin şəxsdən 2 kiloqrama yaxın heroin, 105 qram tiryək, 2 qram metamfetamin, marixuana və narkotiklərin satışında istifadə etdiyi elektron tərəzi götürülüb.