Kosmosda İLK DÖYÜŞ: İsrail ballistik raketi Yer atmosferindən kənarda vurdu

İsrail Müdafiə Qüvvələri (IDF) dünya tarixində ilk dəfə Yəməndən atılan ballistik raketi kosmosda vurub.

Kosmosda İLK DÖYÜŞ: İsrail ballistik raketi Yer atmosferindən kənarda vurdu
İsrail Müdafiə Qüvvələri (IDF) dünya tarixində ilk dəfə Yəməndən atılan ballistik raketi kosmosda vurub.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə "Teleqraf" qəzeti məlumat yayıb.

"İsrail bu həftə ballistik raketi Yer atmosferindən kənarda vurmaq üçün "Arrow-2" raketdən müdafiə sistemindən istifadə edib. Bunun, kosmosda ilk döyüş olduğu güman edilir", - nəşr yazır.

Raket Yəməndən buraxılıb və İsrailin Eylat şəhərinə yönəlib.

Qeyd olunur ki, İsrail onu vurmaq üçün ölkənin ABŞ-la birgə hazırladığı "Arrow-2" zenit müdafiə sistemindən istifadə edib.

Raket kifayət qədər yüksək sürətlə buraxılıb və Yer atmosferindən kənara çıxıb, uçuş məsafəsi yüksək hündürlükdə izlənilib. Bu səbəbdən İsrail onu faktiki olaraq kosmosda vura bilib.