“Krokus” teraktı: İtaliya da hərəkətə keçdi
Rusiyanın paytaxtı Moskvada baş verən qanlı terror aktına görə İtaliya polisi həssas ərazilərdə mümkün təhlükələri nəzərə alaraq, təhlükəsizlik tədbirlərini gücləndirib.
meqale.com axar.az-a istinadən bildirir ki, İtaliyanın Daxili İşlər Nazirliyi həssas hesab edilən ərazilərdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi ilə bağlı göstəriş verib.
Belə ki, ibadət yerlərində, səfirliklərdə, qatar stansiyalarında və hava limanlarında təhlükəsizlik tədbirləri artırılıb.