Kursk hücumu oyun deyil: 2025 hədəfi var - Denis

Ukraynanın Kursk bölgəsindəki əməliyyatı hələ də çox suallar doğurur, lakin artıq aydın olur ki, bu, qısamüddətli deyil.

Kursk hücumu oyun deyil: 2025 hədəfi var - Denis
Ukraynanın Kursk bölgəsindəki əməliyyatı hələ də çox suallar doğurur, lakin artıq aydın olur ki, bu, qısamüddətli deyil.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu amerikalı hərbi analitik Con Denis deyib.

Denis bildirib ki, Kiyevin aşkar problemləri nəzərə alaraq əməliyyata başlamaq qərarı müharibənin uzunmüddətli trayektoriyası ilə bağlı planlardan xəbər verir:

"Hələ dəqiq olmasa da, mümkündür ki, Kursk bölgəsinə hücum sadəcə oyun deyil - daha çox 2025-ci ilə qədər uzana biləcək və məqsədyönlü şəkildə başqa yerlərdə əməliyyatların əsasını qoyan geniş hərbi kampaniyanın bir hissəsidir".