"Kurskun 28 yaşayış məntəqəsi Ukrayna ordusunun nəzarətindədir, 2 min insanın taleyi məlum deyil"

Kursk vilayətində 2 min nəfərin yaşadığı 28 yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ukrayna ordusunun Kursk vilayətinə hücumu nəticəsində 12 nəfər ölüb, 121 nəfər yaralanıb.

meqale.com report-a istinadən xəbər verir ki, bunu Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Rusiya Prezidenti Vladimir Putinin keçirdiyi müşavirədə deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə qalan insanların əksəriyyətinin taleyi naməlumdur.