"Kurtlar Vadisi"nin aktyoru küçədə aş bişirib satır - FOTO

Volkan Başaran aktyorluqdan ayrıldığını açıqlayıb. O, indi Bakırköy küçələrində səyyar plov satıcısı kimi fəaliyyət göstərir.

Volkan Başaran aktyorluqdan ayrıldığını açıqlayıb. O, indi Bakırköy küçələrində səyyar plov satıcısı kimi fəaliyyət göstərir.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kolpaçino" film seriyasındakı "On nömrə namaz qılaram" replikası ilə yadda qalan Volkan Başaran sonradan "Kurtlar Vadisi", "Quruluş Osman" kimi layihələrdə də rol alıb.

Lakin Başaran aktyorluq karyerasını başa vuraraq gözlənilməz bir qərarla tamamilə fərqli bir sahəyə yönəlib.

Keçmiş aktyor, Bakırköy küçələrində qurduğu plov arabasında satış etməyə başlayıb.

Onun plov satarkən çəkilən görüntüləri qısa zamanda sosial mediada yayılaraq viral olub.