Məşhur aktyordan yoldaşına 6 milyonluq hədiyyə

Türkiyəli məşhur aktrisa Yıldız Çağrı Atiksoyla ailə quran Berk Oktay həyat yoldaşına birinci ildönümü hədiyyəsi olaraq Kiprdən ev alıb.

Məşhur aktyordan yoldaşına 6 milyonluq hədiyyə
Türkiyəli məşhur aktrisa Yıldız Çağrı Atiksoyla ailə quran Berk Oktay həyat yoldaşına birinci ildönümü hədiyyəsi olaraq Kiprdən ev alıb.

meqale.com lente istinadən bildirir ki, yaraşıqlı aktyor İskelədəki Long Island adlanan ərazidəki çimərlik evinə 180 min Pound, yəni təxminən 6 milyon lirə (təxminən 391 min manat) ödəyib.

Həyat yoldaşının Kipri ​​çox sevdiyini bilən Berk Oktay belə bir sürpriz edərək onu təəccübləndirib. Aktyor cütlüyü yeni mövsüm başlamadan evə yerləşəcək və yayı Kiprdə keçirəcək.