Kvaratsxeliyanın məvacibi 5 dəfə artacaq
İtaliyanın "Napoli" klubunun hücumçusu Xviça Kvaratsxeliya Fransa "Paris Sen-Jermen"i ilə şəxsi müqavilənin bütün şərtlərini razılaşdırıb.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat verib.
Məlumata görə, 23 yaşlı yarımmüdafiəçi PSJ ilə 5 illik müqavilə imzalayacaq. Onun maaşı İtaliya klubunda aldığı maaşla müqayisədə 5 dəfə artacaq.
Fransa komandasının nümayəndələrinin gələn həftə "Napoli" rəhbərliyi ilə görüşərək mümkün transferin bütün detallarını müzakirə edəcəyi bildirilir.