Lamiyə Vəliyeva bayraqdar oldu - FOTO

Azərbaycan millisinin Paris-2024 Yay Paralimpiya Oyunlarındakı bayraqdarları bəlli olub.

Lamiyə Vəliyeva bayraqdar oldu - FOTO
Azərbaycan millisinin Paris-2024 Yay Paralimpiya Oyunlarındakı bayraqdarları bəlli olub.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov açıqlayıb.

O, Azərbaycan İdman Akademiyasında Paris-2024 Yay Paralimpiya Oyunları ilə bağlı təşkil olunan mətbuat konfransında qeyd edib ki, yığmamız tarixində ilk dəfə 7 idman növündə iştirak edəcək. Qurum rəsmisi bildirib ki, açılış mərasimində bayraqdarlarımız dünya və Avropa çempionu İmaməddin Xəlilov və Lamiyə Vəliyeva olacaq.

Qeyd edək ki, Paralimpiada avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək. İmaməddin parataekvondo, Lamiyə paraatletika yarışlarında çıxış edəcək.