"Land Cruiser" "BakuBus"la TOQQUŞDU - avtobus sürücüsünü maşın vurdu - VİDEO

Paytaxtın Binəqədi rayonu ərazisində yol qəzası baş verib.

Paytaxtın Binəqədi rayonu ərazisində yol qəzası baş verib.

meqale.com bildirir ki, "Unikal"ın məlumatına görə, "Toyota Land Cruiser" markalı avtomobil "BakuBus"a məxsus avtobusla toqquşub.

Qəza nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib.

Baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Bu barədə oxuya "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

O bildirib ki, yolun qarlı və sürüşkən olması səbəbindən avtobus yol kənarındakı dəmir maneəyə çırpılıb və çuxura düşüb:

"Bu gün, saat 08:10-da "BakuBus" MMC-nin istismarında olan 108A nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus Binəqədi rayonu ərazisində qəzaya uğrayıb.

İlkin araşdırmaya əsasən, yolların qarlı və sürüşkən olması səbəbindən avtobus yol kənarındakı dəmir maneəyə çırpılıb və çuxura düşüb.

Hadisədən sonra nəqliyyat vasitəsini idarə edən sürücü - Alı Hüseynov nəqliyyat vasitəsinə baxış keçirdiyi zaman, digər avtomobil tərəfindən vurulub. Nəticədə sürücü ayaq nahiyəsindən xəsarət alıb.

Hadisə ilə bağlı dərhal Təcili Tibbi Yardıma və hüquq-mühafizə orqanlarına məlumat verilib. Sürücünün vəziyyəti qənaətbəxşdir.

"BakuBus" MMC olaraq sərnişinlərimizin və sürücülərimizin təhlükəsizliyinin təmin olunması üçün qarlı hava şəraitində bütün zəruri texniki və operativ tədbirləri görməkdə davam edirik. Qarlı və buzlu yollar səbəbindən hər kəsi daha diqqətli və ehtiyatlı olmağa çağırırıq".