Latviyada Azərbaycan vətəndaşları fəallıq nümayiş etdirir - FOTO

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Latviyadakı səfirliyində 15 saylı Yasamal birinci seçki dairəsinin 44 saylı seçki məntəqəsi yaradılıb.

Latviyada Azərbaycan vətəndaşları fəallıq nümayiş etdirir - FOTO
Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Latviyadakı səfirliyində 15 saylı Yasamal birinci seçki dairəsinin 44 saylı seçki məntəqəsi yaradılıb.

meqale.com xəbər verir ki, seçkilər başlamazdan əvvəl seçicilər arasında səsvermədə iştirakla bağlı iş aparılıb.

Seçki məntəqəsində səsvermə prosesi yerli vaxtla saat 8:00-da başlayıb və axşam saat 19:00-a kimi davam edəcək. 18 yaşına çatmış Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etməklə səsvermədə iştirak edə bilərlər.

Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq keçirilən seçkilərdə Azərbaycan vətəndaşları fəallıq göstərirlər.

Məntəqədə seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.