Lənkəranda 30 yaşlı kişinin meyiti tapıldı
Lənkəranda meyit tapılıb.
meqale.com-ın xəbərinə görə, meyit Lənkəran şəhər, Hacılar küçəsi, dalan 2 ünvanında yerləşən mənzillərin birində aşkarlanıb.
Məlumata görə, meyiti tapılan şəxs şəhər sakini 1995-ci il təvəllüdlü Fəqan Qismət oğlu Hüseynlidir.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir.