Lənkəranda hadisə: ölən var - FOTO
Lənkəranda avtomobilin vuraraq öldürdüyü qadının kimliyi məlum olub.
meqale.com report.az-a istinadən xəbər verir ki, bu, Lənkəran şəhər Şəhidlər Xiyabanı küçəsində yaşayan 1979-cu il təvəllüdlü Vüsalə Müqabil qızı Əliyevadır.
Qeyd edək ki, hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib. Belə ki, "VAZ-2106" markalı minik avtomobil V.Əiyevanı vurub. Ağır xəsarətlər alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yaralının həyatını xilas etmək mümkün olmayıb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Hadisəni törədən sürücü isə Güloğlan Allahverdi oğlu İsmayılovdur.
Faktla bağlı araşdırma aparılır.