Lənkəranda yol qəzası olub, yaralılar var - FOTO
Lənkəranda iki minik maşını toqquşub.
meqale.com APA-ya istinadən bildirir ki, Lənkəran rayonunun Liman şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Azsamand" markalı minik avtomobili "Volkswagen" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alanlar var. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Əlavə məlumat veriləcək.