Linza ilə duşa girdi, kor oldu

Amerikalı qadının həyatı duş qəbul etdikdən sonra kabusa çevrilib.

Linza ilə duşa girdi,  kor oldu
Amerikalı qadının həyatı duş qəbul etdikdən sonra kabusa çevrilib.

meqale.com lente istinadən bildirir ki, ABŞ-ın Texas ştatında gözləri zəif olduğu üçün uzun illər linza taxan qadın görmə qabiliyyətini itirib.

34 həftəlik hamilə olan Raşel Proşnou, kontakt linzaları ilə duş qəbul etdikdən sonra gözlərində kəskin ağrı hiss edib. Həkimlər ona suda tapılan, buynuz qişaya nüfuz edən və ciddi ziyan vuran parazitin yaratdığı nadir xəstəlik olan "Acanthamoeba keratit" diaqnozu qoyublar.

Hazırda qadının müalicəsi davam etdirilir.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun