"Liverpul"un ulduzu "Real"da!
İngiltərənin "Liverpul" klubunun futbolçusu Trent Aleksander-Arnold "Real"la (İspaniya) anlaşıb.
meqale.com bildirir ki, 26 yaşlı müdafiəçinin agentləri Madrid klubu ilə müqavilənin şəxsi şərtləri ilə bağlı prinsipial razılığa gəliblər.
O, yayda azad agent olduqdan sonra "Real"la 5 illik müqaviləyə imza atacaq. Bu müqviləyə əsasən futbolçu bir mövsüm ərzində 15 milyon avro qazanacaq. T.Aleksander-Arnoldun "Liverpul"da illik qazancının 11 milyon avro olduğu bildirlir.