Lukaşekondan təcili əmr: Nüvə bölmələri yoxlanılacaq!

Belarus Prezidenti Aleksandr Lukaşenkodan qeyri-strateji nüvə silahı daşıyıcılarının qüvvə və vasitələrinin qəfil yoxlaması barədə əmr aldıq.

Lukaşekondan təcili əmr: Nüvə bölmələri yoxlanılacaq!
Belarus Prezidenti Aleksandr Lukaşenkodan qeyri-strateji nüvə silahı daşıyıcılarının qüvvə və vasitələrinin qəfil yoxlaması barədə əmr aldıq.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Belarus müdafiə naziri, general-leytenant Aleksandr Xrenin deyib.

O bildirib ki, "İsgəndər" əməliyyat-taktiki kompleksinin diviziyası və Su-25 təyyarələrindən ibarət eskadrilya qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün hazırlanır.

Xrenin əlavə edib ki, təftiş zamanı taktiki nüvə silahı ilə zərbələrin planlaşdırılması, hazırlanması və tətbiqindən tutmuş bütün fəaliyyət spektri yoxlanılacaq.