“Lütfən, öləndə məni dəfn etməsinlər” - İllər öncəki vəsiyyəti
Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Respublikasında konsert verən türkiyəli sənətçi Volkan Konak səhnədə infarkt keçirdikdən sonra vəfat edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunun ardınca müğənninin vəsiyyəti yenidən gündəmə gəlib.
Konak vəsiyyətini 2020-ci ilə verdiyi müsahibələrin birində açıqlayıb və bildirib ki, dəfn olunmaq istəmir:
"Bu mənim əzizlərimə vəsiyyətimdir, lütfən, öləndə məni dəfn etməsinlər. Bütün bədənimi yandırsınlar. Külümü isə qutuya qoyub vertolyotla Qara dənizə, xüsusilə Trabzonuma səpsinlər".
Onun bu açıqlaması ölümündən sonra qısa zamanda sosial mediada trendə çevrilib.